CƏMİYYƏT


DİN: 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Astara rayon sakini Abdulla Məmmədov tutulub. Onun üzərində axtarış aparılan zaman 3 qrama yaxın tiryək aşkarlanaraq götürülüb.