DÜNYA


Beyrutda baş vermiş partlayış qurbanlarının sayı artır

Livanın paytaxtı Beyrutda baş vermiş iki güclü partlayış nəticəsində həlak olanların sayı artmaqda davam edir. AZƏRTAC xəbər verir ki, son məlumatlara əsasən, hadisə qurbanlarının sayı 80-nə yaxındır. Xəsarət alanların sayının isə 4 minə çatdığı qeyd olunur. Xatırladaq ki, partlayışa görə, ölkədə matəm elan olunub. Partlayışların terror aktı olduğu ehtimal edilir.