CƏMİYYƏT


Kürdəmirin Sığırlı kənd sakininin evində küllü miqdarda narkotik vasitə aşkarlanıb

Kürdəmirin Sığırlı kənd sakininin evində küllü miqdarda narkotik vasitə aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon polis şöbəsinə daxil olan məlumata əsasən, kənd sakini Ədilov İqbal Əlislam oğlunun yaşadığı evə baxış keçirilib. Oradan ümumi çəkisi 28 kiloqram 900 qram olan 133 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. İqbal Ədilov saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.Faktla bağlı araşdırma aparılır.