CƏMİYYƏT


FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır. Bununla yanaşı qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir. İnsanlar özlərində COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir.