CƏMİYYƏT


Qəbələdə general-mayor Polad Həşimov küçəsindən REPORTAJ

Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib. Ötən gündən etibarən Polad Həşimov yazılan lövhələr artıq küçəboyu yerləşdirilib. Amma bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı yalan məlumatlar yayılıb.
Rayon icra hakimiyyətinin baş memarı Təbriz Abdulxalıqov AZƏRTAC-a bildirib ki, Qəbələ rayonunda Həzi Aslanov küçəsinə Polad Həşimovun adının verilməsi barədə məlumat həqiqətə uyğun deyil və əsassızdır.