Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyan rayonunda yerləşən “Tut ağacı” kafesinin karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib

06.08.2020 [19:08]

Xəbərin mətni

Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-kilometrliyində yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib.