CƏMİYYƏT


Bakıda “40 pillə” restoranının karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub

Paytaxtın Səbail rayonu ərazisində Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları həmin kafeyə yollanıblar. Baxış zamanı kafedə 8 müştərinin olduğu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıblar.