CƏMİYYƏT


Xaçmazda karantin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilir.