MƏDƏNİYYƏT


Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı?

Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.
Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.