Polis əməkdaşları çimərliklərdə reyd keçirir
08.08.2020 [16:54]
Xəbərin mətni
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.
Polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.