Arvadına bıçaqla xəsarət yetirib ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
09.08.2020 [14:31]
Xəbərin mətni
Avqustun 8-də saat 15 radələrində Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsartlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Tovuz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.