CƏMİYYƏT


Qubada koronavirusa yoluxan şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb

Quba rayon sakini Elnur Bayramovun COVID-19 infeksiyası testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı polis şöbəsinin əməkdaşları tərəfindən dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.