CƏMİYYƏT


Sərt karantin rejiminin elan edildiyi rayonlardan Qəbələyə istirahətə gələnlər cərimələniblər

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdikləri məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır