MƏDƏNİYYƏT


Böyük Abayın doğum günündə Bakıda xatirə aksiyası keçirilib

Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə Bakının Binəqədi rayonunda onun şərəfinə vurulmuş xatirə lövhəsinin yerinin dəyişdirilməsi ilə bağlı aksiya keçirilib.
AZƏRTAC Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, tədbirdə yaradıcı ziyalıların nümayəndələri, Azərbaycan abayşünasları və yazıçılar, Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndələri, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin, “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin və qazax diasporunun nümayəndələri iştirak ediblər.