CƏMİYYƏT


Qəlblərdə əbədi yaşayan şəhidlər... Tovuzun Əyyublu kəndindən REPORTAJ

Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağı isə and yerimizdir. İllər keçsə də, nəsillər bir-birini əvəz etsə də qəhrəmanlıqları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi daim qəlbimizdədir. Demək olar ki, hər rayonda, hər kənddə şəhidlərimizin xatirəsinə bir abidə, bir xiyaban var. Söhbət açacağımız belə məkanlardan biri də Tovuzun Əyyublu kəndidir. Düşmən təxribatlarından bir ay keçməsinə baxmayaraq, tez bir müddətdə bu kənddə şəhidlər üçün abidə qoyulub. Abidəyə həkk olunan “Şəhidlər ölməz, Vətən bölünməz” sözləri isə hər bir tovuzlunun qürurla səsləndirdiyi ifadəyə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır