CƏMİYYƏT


Cəlilabadda yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb

Cəlilabad rayonunun Alar kənd sakini Afəddin Mirzəyevin həyətyanı torpaq sahəsində təsərrüfat quyusu qazılarkən yerin iki metr dərinliyindən yeni maddi mədəniyyət nümunələrinin qalıqları tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni maddi mədəniyyət nümunələri əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir. Tapıntılar arasında təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir.