İsmayıllıda qazıntı zamanı tarixi abidə və sənət nümunələri tapılıb
12.08.2020 [14:36]
Xəbərin mətni
Prezident İlham Əliyevin 2020-ci il 31 iyul tarixli Sərəncamına əsasən İsmayıllı rayonunda 11 yaşayış məntəqəsini əhatə edən Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəlki və sonrakı dövrə aid olduğu ehtimal edilən tikili qalıqları, habelə 100-ə yaxın maddi-mədəniyyət nümunəsi - qab, bəzək əşyaları və pul sikkələri aşkarlanıb.