CƏMİYYƏT


Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olunub

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır