Qazaxıstan Senatına seçkilər yerli qanunvericiliyə uyğun olaraq demokratik şəraitdə keçirilib
13.08.2020 [10:54]
Xəbərin mətni
Qazaxıstan Senatına - parlamentin yuxarı palatasına keçirilən seçkilər başa çatıb. Seçkiləri Azərbaycanın Qazaxıstandakı səfirinin rəhbərlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidəçi missiyası da izləyib.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası şəraitində keçirilən seçkilərin təşkili ilə bağlı xüsusi qaydalar tətbiq olunub və prosesə məhdud sayda müşahidəçi qatılıb.