CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktiki reydlər keçirilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Tədbir zamanı apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində intizam tədbirləri görülüb. Polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.