CƏMİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” kampaniyası başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvinin doğma şəhərini qoruyaq” kampaniyası başlayıb. Beynəlxalq Mərkəzin həmsədrləri və üzvləri dünya ictimaiyyətini erməni terroruna son qoymağa çağırırlar.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri oktyabrın 16-da Gəncəyə səfər ediblər.