CƏMİYYƏT


Tovuz “ASAN həyat” kompleksinin açılışından bir il ötür

Ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərən 20 “ASAN xidmət” mərkəzindən biri də Tovuz regional “ASAN həyat” kompleksində yerləşir. Kompleksin açılışından bir il ötür.AZƏRTAC xəbər verir ki, fəaliyyət göstərdiyi müddətdə Tovuzdakı “ASAN xidmət” mərkəzində 210 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.