CƏMİYYƏT


“Whatsapp Plus” istifadə edənlər, diqqətli olun!

Ani mesajlaşma vasitəsi olaraq istifadə edilən “Whatsapp Plus” istifadəçilərinin şəxsi məlumatları təhlükədədir. Bu barədə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində xəbərlər yayılıb. Xəbərə əsasən “Whatsapp Plus” tətbiqindən istifadə edən vətəndaşların bank hesablarından pulların oğurlanılması halları baş verir. İnformasiya Təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirdi ki, “Whatsapp Plus” tətbiqinin saxta olmasıyla bağlı Meta şirkəti dəfələrlə xəbərdarlıq yayımlayıb və yüklənilməsi məsləhət görülməyib.