CƏMİYYƏT


Pensiyalar nə qədər artırılıb? AÇIQLAMA

Prezident tərəfindən yeni sərəncam imzalanıb. Bu sərəncamla pensiyaların artırılması həyata keçirilir. Bu artım ölkəmizdəki 1.1 milyon olan bütün pensiyaçılara şamil olunacaq. Pensiya məbləği 500 manatdırsa 56 manat artırılaraq 556 manat olacaq. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezidentin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 5-də keçirilən mətbuat konfransında deyib.