CƏMİYYƏT


Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub. Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub. Taleh Muxtarov izahatında paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.