CƏMİYYƏT


Qeyri-sabit hava şəraiti davam edəcək

Mayın 6-da Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.