CƏMİYYƏT


Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi davam edir

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri sonuncu mərhələ üzrə davam etdirilir. Uzunluğu 41 kilometr olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan götürür.