MÜSAHİBƏ


Van Zıguan: Şuşa nəinki mədəni və tarixi, həm də böyük strateji əhəmiyyətə malik şəhərdir

Biz dünyanın çox şəhərlərində olmuşuq. Amma Şuşa fərqlidir, strateji əhəmiyyətinə görə çox unikal bir şəhərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli film çəkilişi ilə bağlı Şuşaya səfər edən Çinin “On the road” şirkətinin nümayəndəsi Van Zıguan deyib.