SİYASƏT


Ümummilli lider Heydər Əliyevin xatirəsi Kiyevdə anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, GUAM-ın Katibliyi, diaspor rəhbərləri, soydaşlarımız iştirak ediblər.