SİYASƏT


Tehranda Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Tehranın simvolu sayılan “Milad Tower” qülləsində “İki ölkə - dost və qardaş İran ilə Azərbaycanın əməkdaşlıqlarının inkişafı yollarının araşdırılması” mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, İranın Azərbaycandakı səfiri Abbas Müsəvi, İran parlamentinin deputatları, Tehran, Təbriz və Ərdəbil şəhərlərindən gələn iş adamları, diplomatlar, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.