SİYASƏT


Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edir

Xalqımızın ulu öndəri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq Ümummilli Liderin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyur, işıqlı xatirəsi önündə ehtiramla baş əyirlər.