SİYASƏT


Xarici işlər naziri: Azərbaycanın konstruktiv addımlarına baxmayaraq, Ermənistan tərəfdən bunun qarşılığını görmürük

Postmünaqişə dövründə Azərbaycanın atdığı konstruktiv addımlara baxmayaraq, Ermənistan tərəfdən bunun qarşılığını görmürük.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanmasıdır. Azərbaycan komissiyanın işinə başlamasına hazır olduğunu hər zaman bildirib, lakin Ermənistan indiyədək müxtəlif bəhanələrlə buna imkan verməyib.