SİYASƏT


YAP-ın internet televiziyasında ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən veriliş yayımlanıb

Yeni Azərbaycan Partiyasının (YAP) “Yeni tv” internet televiziyasında “Ulu öndər Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası” adlı veriliş yayımlanıb.
Verilişin qonaqları - YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov və YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi Liderin xilaskarlıq missiyasından danışıblar.