SİYASƏT


Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır

Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında müvafiq suala cavabında bildirib.