SİYASƏT


Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəliblər

Dekabrın 14-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili, Əminə Ağazadə və Elnur Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhammed Fatih Toprak, Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan, bu ölkədəki Azərbaycan və Avstriya diasporunun fəalları iştirak ediblər.