SİYASƏT


Kiyevdə keçirilən beynəlxalq konfransda ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan təcrübəsi müzakirə edilib

Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Dünya Diasporlar Assambleyası, Ukrayna Millətlər Assambleyası, Birləmiş Ukrayna Azərbaycanlıları Konqresi və Avropa Azərbaycanlıları Konarqesinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü-təhlükəsizliyin və stabilliyin əsasıdır” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları öncə Kiyevdə ulu öndər Heydər Əliyevin, Babi Yar abidəsini, İrpen şəhərində isə akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət ediblər. İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbdə, muzeydə olublar. Sonra Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçiriblər.