SİYASƏT


Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq mövcuddur və bu əlaqələr gündən-günə inkişaf edir

Azərbaycan 30 ilə yaxın münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da, Ermənistan danışıqlardan boyun qaçırıb. 2020-ci ilin noyabr ayında Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə üçtərəfli Bəyanat imzalandı.Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər regionda yeni reallıq yaratdı. Təbii olaraq bu reallıq qonşu və dost Rusiya ilə əlaqələrin yeni müstəviyə çıxmasına zəmin yaratdı.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.