SİYASƏT


Xarici İşlər Nazirliyi 2021-ci ilin yekunlarına dair qəbul təşkil edib

Cari ilin dekabrın 17-də Gülüstan Sarayında Xarici İşlər Nazirliyi ilin yekunlarına həsr edilmiş qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri iştirak ediblər.