SİYASƏT


Azərbaycan Televiziyası Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb

Azərbaycan Televiziyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Prezident. Təkrarsız diplomatiya” adlanan filmdə prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır.