DÜNYA


Finlandiya səması göy-yaşıl rəngə boyanıb

Finlandiyanın Laplandiya vilayətininin səmasında qütb parıltısı peyda olub. Bu hadisə Yerin maqnitosferi ilə Günəş küləyindən olan elektronların qarşılıqlı təsiri nəticəsində baş verir. Belə ki, maqnit sahə bu zərrəcikləri tutan zaman onlar qüvvə xətləri boyunca hərəkət etməyə başlayır. Nəticədə elektronlar planetin atmosferində qütblərə doğru gedir. Orada azot və oksigen molekulları ilə qarşılaşır. Nəticədə, göy-yaşıl parıltı meydana gəlir.