DÜNYA


Braziliyada qaya uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Braziliyanın Minas-Jerays ştatının Kapitolio turizm şəhərindəki Laqo-de-Furnaş gölündə gəzinti katerlərinin üzərinə qaya uçması nəticəsində 10 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.AZƏRTAC bu barədə Braziliya KİV-lərinə istinadla xəbər verir. Xatırladaq ki, şənbə günü gəzinti katerlərinin üzərinə nəhəng qaya uçub. Nəticədə iki kater batıb, daha üç kater dalğalar altında qalıb. İtkin düşənləri axtarmaq üçün hadisə yerinə 40-a yaxın dalğıc göndərilib. İlkin məlumata görə, qayanın uçmasına səbəb yaxın vaxtlarda yağan leysan yağışları ola bilər.