İDMAN


Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Aprelin 9-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi olub.
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.