ELM VƏ TƏHSİL


116 yaşlı Azərbaycanın ilk uşaq jurnalı

Mətbuatın əsas qollarından biri də uşaq nəşrləridir. Azyaşlıların sağlam inkişafında və dünyagörüşünün formalaşmasında uşaq jurnallarının rolu danılmazdır. Azərbaycanda belə nəşrlərin təməli 1906-cı il aprelin 16-da “Dəbistan” jurnalının fəaliyyətə başlaması ilə qoyulub. Hazırda bu yolu “Mücrü” jurnalı davam etdirir. Bəs bu gün uşaq jurnallarına maraq necədir?