ELM VƏ TƏHSİL


Bərdə rayonunun Xanərəb kəndində 624 şagird yerlik məktəb binası inşa edilir

Bərdə rayonu Xanərəb kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina inşa edilir.
Tikintidə iş icraçısı Mehdi Əzimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, üç mərtəbədən, dörd korpusdan ibarət məktəb binasının ümumi tikinti sahəsi 2576 kvadratmetrdir. Yeni məktəb binasında 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika, əmək təlimi kabinələri, idman və akt zalları, kitabxana, məlumat informasiya mərkəzi, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.