İDMAN


Azərbaycanlı qrossmeyster Vyanada seans keçirib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı qrossmeyster Nicat Abasova qarşı sinxron şahmat yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirdə avstriyalı peşəkar və həvəskar şahmatçılar Azərbaycan şahmatçısına qarşı mübarizə aparıblar. Yarışda 30 şahmatçı eyni vaxtda N.Abasova qarşı oynayıb.