ELM VƏ TƏHSİL


Bir cənub şəhərindən ucqar şimal kəndinə gələn gənc müəllimə

Lənkəranlı gənc Zeynəb Məmmədli 5 ildir Qubada müəllimlik edir. Fədakar müəllimə qarşısına çıxan çətinliklərə baxmayaraq isti cənub şəhərindən soyuq havası ilə seçilən şimal rayonuna köçərək sevimli şagirdlərinə bilik öyrədir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zeynəb Məmmədli 1993-cü ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıb.