MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə Vyanada konsert proqramı təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi bu il ərzində həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur. Görkəmli bəstəkarın 100 illik yubileyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti tədbir dünya klassik musiqisinin beşiyi sayılan Vyana şəhərində keçirilib. Şəhərin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.