İDMAN


Qarabağ atları V Etnospor Mədəniyyət Festivalında

Xəbər verdiyimiz kimi, İstanbulda V Etnospor Mədəniyyət Festivalının açılışı olub.Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya və digər ölkələrin təmsilçilərinin qatıldıqları festivalın açılış mərasimində ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.