İQTİSADİYYAT


Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyük miqyaslı tikinti və bərpa işləri davam edir.
Bu çərçivədə hazırda Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.