MƏDƏNİYYƏT


Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər - Şuşa

Dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşa şəhəri (Şuşa qalası - Pənahabad) şimalda Xankəndi şəhəri, şərqdə və cənub-şərqdə Xocavənd, qərbdə və cənub-qərbdə Laçın rayonları ilə həmsərhəddir. Cənub tərəfdən, Kirs dağından Şuşaya nəzər saldıqda, cənub-şərqdən şəhəri sıldırım qayalı dərə əhatə edir, bu da Şuşanın tarixən strateji əhəmiyyətli bir qala-şəhər oluduğunu göstərir.Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.